RU
Arvadının valideynlərini güllələyən şəxsin ömürlük cəzası qüvvəsində qalıb
12:41
478

Arvadının valideynlərini güllələyən şəxsin ömürlük cəzası qüvvəsində qalıb

Sumqayıt Apellyasiya məhkəməsində Hacıqabul rayon sakini Bayram Həsənovun (1978-ci il təv) barəsində CM-nin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.5 ( tamah məqsədi ilə və ya sifarişlə qəsdən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən adam öldürmə), 29,120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd), 29,120.2.5 (tamah niyyəti ilə və ya sifarişlə qəsdən adam öldürməyə cəhd), 29,120.2.7 (iki və ya daha çox şəxsi qəsdən adam öldürməyə cəhd) və 228.1 (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və ya gəzdirmə) maddəlləri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesinin baxışı yekunlaşıb.

7news.az xəbər veiri ki, ötən il yanvarın 2-də Novxanı qəsəbəsində lüləsi kəsilmiş tüfəngdən qaynatası Nəzər (1966-cı il təv.) və qaynanası Rəfiqə Hüseynovları (1966-cı il təv.) qətlə yetirib, həyat yoldaşı Gülnar Hüseynovanı isə öldürməyə cəhd göstərib. Elə həmih gün hadisə yerindən qaçan şəxs Abşeron RPŞ-nin əməkdaşları tərəfindən Binəqədi rayon ərazisində saxlanılaraq, istintaqa təhvil verilib.

İstintaq zamanı Bayram Həsənov ifadəsində əvvəllər bir dəfə evli, ilk nigahından üç ovladı olduğunu göstərib. 2007-ci ildə Gülnar Hüseynova ilə ailə həyatı qurub, onların bir övladı olub. Hadisədən bir ay əvvəl arvadı uşagı da götürərək atası evinə gedib, bundan sonra münasibətləri daha da gərginləşib. Təqsirləndirilən şəxsin sözlərinə görə, qaynanası və qaynatasını əvvəlcədən öldürmək fikiri olmayıb, silahı gorxutmaq məqsədi ilə götürüb. Düşünüb ki, yoldaşı onunla barışacaq və evə qayıdacaq. Lakin evə daxil olun, gəlişinin məqsədini bildirdikdən sonra arvadı və onun valideynləri ilə münaqişə başlayıb. Qarşılıqlı təhqirlərdən sonra, qaynatası evdən çıxıb, getməsini tələb edib, əks halda onu polisə zəng
edəcəyi ilə hədələyib. O getmək məqsədi ilə həyətə çıxıb, lakin arxasınca səslənən söyüşlərə dözməyərək əvvəlcə havaya atəş açıb, sonra Rəfiqəyə, ardınca isə Nəzəri atəşlər açıb.

Məhkəmə prosesində Bayram Həsənov ittiham üzrə özünü qismən təqsirli hesab edərək, cinayəti qəsdən törətmədiyini bildirib.

Zərərçəkən Gülnar Hüseynova bildirib ki, Bayramla yola getməməsinin səbəbi onun tərəfindən tez-tez döyülərək, təhqir olunması olub, buna görə qadın ayrılmaq istəyib və atası evinə gedib. Hadisə baş verən gün Bayram evlərinə silahla hazırlanmış vəziyyətdə gələrək, onu və valideynlərini təhqir etməyə başlayıb, sonra isə tüfəngdən atəş açmaqla ata-anasını öldürüb. Zərərçəkən mərhum valideynlərinin sakit, mübahisə etməyi xoşlamayan və mehriban insan olduqlarını, təqsirləndirilən şəxslə ədavətləri olmadığını qeyd edib.

Bakı Ağır cinayətlər məhkəməsinin hökmü ilə Bayram Həsənov ittiham üzrə təqsirli bilinərək ömürlük azadlıqdan məhrumetmə cəzasına
məhkum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, barəsində olan hökmün dəyişdirilməsini və cəzasının müddətlı cəza ilə əvəz edilməsini xahiş edib.

Sumqayıt Apellyasiya məhkəməsi cinayət işinin hallarını araşdıraraq birinci instansiya məhkəməsinin hökmünü qüvvəsində saxlayıb.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ