RU
Arzu Nağıyev: “Azərbaycan ərazisində ikinci bir erməni dövləti yarana bilməz!”
12:20
706

Arzu Nağıyev: “Azərbaycan ərazisində ikinci bir erməni dövləti yarana bilməz!”

Fevralın 16-dan 18-dək Bavariyanın paytaxtında Təhlükəsizlik üzrə növbəti, 54-cü Münhen konfransı keçirilib. Ötən illərdən fərqli olaraq Münhen Təhlükəsizlik Konfransında Ermənistanın prezidenti Serj Sərkisyan da iştirak edib. Ermənistan prezidenti Azərbaycanla Türkiyənin arasını vurmaq üçün yenidən "sərhəd projesi”ni gündəmə gətirmək istəyir. Amma bu S.Sərkisyan üçün uğursuzluqla nəticələnib.
 
Məsələ ilə bağlı BNEWS.az-a açıqlama verən politoloq Arzu Nağıyev bildirib ki, Sərkisyan özü də başa düşür ki, bu məsələlərin heç biri beynəlxalq norma və qanunlara uyğun gəlmir: "Həmçinin o, anlayır ki, digər tərəflərin müdaxiləsi və ya razılığı olmadan bu planı həyata keçirilə bilməz. Faktiki olaraq, Türkiyə ilə sərhədlərin açılmaması da Dağlıq Qarabağ məsələsinin həll edilməməsi ilə bağlıdır. Hər bir millətin öz müqəddəratını həlletmə hüququ ilə bağlı qaldırılan məsələ də məlumdur ki, beynəlxalq konvensiyalara ziddir və ikinci bir dövlətin suverenliyinə edilən təhdidlə buna nail olmaq olmaz. Daha doğrusu, Azərbaycan ərazisində ikinci bir erməni dövləti yarana bilməz!”.
 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ