RU
AŞ PA-dan referendumla bağlı BƏYANAT
10:45
426

AŞ PA-dan referendumla bağlı BƏYANAT

"Azərbaycan Konstitusiyasına dəyişikliklərin edilməsi məqsədilə keçirilmiş referendum milli qanunvericiliyə uyğun təşkil edilib və legitimdir".

7News.az bildirir ki, bunu mətbuat konfransında AŞ PA-nın müşahidəçilərdən ibarət nümayəndə heyətinin rəhbəri Aleksandr Nikoloski deyib.

Onun sözlərinə görə, səsvermə prosesi şəffaf olub və sakit keçib: "Biz Azərbaycan xalqını referendumun sakit keçirilməsi ilə təbrik etmək istəyirik. Biz Azərbaycanı AŞ PA-nın həmməruzəçiləri ilə əməkdaşlığı davam etdirməyə çağırırıq"./trend

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ