RU
AŞ PA-nın Siyasi məsələlər üzrə komitəsi yeni qətnamə layihəsini qəbul edib
12:11
510

AŞ PA-nın Siyasi məsələlər üzrə komitəsi yeni qətnamə layihəsini qəbul edib

AŞ PA-nın Siyasi məsələlər üzrə komitəsi deputat Militsa Markoviçin Sərsəng su anbarı ilə bağlı hazırladığı məruzə əsasında qətnamə layihəsini qəbul edib.

Sənəddə Ermənistanın işğal etdiyi Azərbaycan ərazisində yerləşən Sərsəng su anbarının bu ölkə tərəfindən düzgün istifadə edilməməsinə görə böyük fəlakətin mümkünlüyü barədə xəbərdarlıq yer alır.

Məruzədə deyilir: “Ermənistanın işğal etdiyi Azərbaycanın rayonlarının birində yerləşən su anbarına 20 il ərzində müntəzəm texniki xidmət göstərilməməsinə görə bütün sərhədyanı region üçün təhlükə törədir”.

Həmçinin qeyd edilir ki, Sərsəng bəndinin lazımı vəziyyətdə olmaması xeyli sayda insan ölümü ilə böyük fəlakətə və yeni humanitar böhrana gətirib çıxara bilər.

AŞ PA komitəsi bu, təxirəsalınmaz humanitar problemlə əlaqədar Ermənistan Silahlı Qüvvələrinin qeyd edilən regiondan dərhal çıxarılmasına çağırıb. Məqsəd müstəqil mühəndislərin və hidroloqların su anbarına girişinin təmin edilməsindən ibarətdir./trend

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ