RU
Ağsafada maşın piyadanı vurub öldürdü
16:03
1593

Ağsafada maşın piyadanı vurub öldürdü

Ağstafa rayonunun Dağkəsəmən kəndində yol-nəqliyyat hadisəsi baş verib.

7News.Az DİN-in saytına istinadən bildirir ki, iyulun 5-də saat 23 radələrində Ağstafa rayonunun Dağkəsəmən kəndində şəhər sakini Turan Rzayev idarə etdiyi “VAZ-2106” markalı avtomobili yolun kənarında dayanmış “VAZ-21011” markalı avtomobilə çırpıb və idarəetməni itirdiyindən yolu keçən kənd sakini Gülarə Yusubovanı vurub.

Hadisə zamanı xəsarət alan G.Yusubova yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Ağstafa RPŞ tərəfindən araşdırma aparılır.

7News.Az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ