RU
“ASAN könüllüləri”nin növbəti qrupu təcrübə keçməyə başlayıblar
12:42
1018

“ASAN könüllüləri”nin növbəti qrupu təcrübə keçməyə başlayıblar

14 fevral tarixində Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçməyə başlayan "ASAN Könüllüləri Gənclər Təşkilatı”nın Master-2 layihəsi çərçivəsində 7-ci qrupunun üzvləri ilə görüş keçirilmişdir.

Görüşdən öncə könüllü gənclər YAP Binəqədi rayon təşkilatının inzibati binası, Heydər Əliyev adına istirahət parkı, Binəqədi RİH başçısı Aparatının inzibati binası ilə tanış olmuşlar və onlara ətraflı məlumat verilmişdir. Tanışlıq zamanı könüllülərə bildirilmişdir ki, cənab Prezident İlham Əliyevin tapşırığı ilə yaradılmış ASAN xidmətin ölkədə korrupsiyaya qarşı mübarizə sahəsində əhəmiyyətindən və bütövlükdə məmur-vətəndaş münasibətlərində şəffaflığın təmin olunmasındakı rolu, gənclərin bu işə könüllü qoşulmasını yüksək qiymətləndirilir.O cümlədən, vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə yaradılmış "ASAN xidmət” mərkəzinin təkcə Azərbaycanda deyil, ölkə hüdudlarından kənarda, beynəlxalq miqyasda örnək kimi qəbul olunduğu vurğulanmışdır.

Qeyd edək ki, fevral ayının 15-dən etibarən 10 nəfər gəncdən ibarət "ASAN könüllüləri” Binəqədi RİH başçısı Aparatında iki aylıq iş təcrübəsinə başlamış, onlar peşə istiqamətlərinə uyğun olaraq öz istəklərinə əsasən müvafiq şöbələr üzrə bölüşdürülmüşlər.

 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ