16 May tarixində Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçməyə başlayan "ASAN Könüllüləri Gənclər Təşkilatı”nın Master-2 layihəsi çərçivəsində 9-cu qrupunun üzvləri ilə görüş keçirilmişdir.
Görüşdən öncə könüllü gənclər YAP Binəqədi rayon təşkilatının inzibati binası, Heydər Əliyev adına istirahət parkı, Binəqədi RİH başçısı Aparatının inzibati binası ilə tanış olmuşlar və onlara ətraflı məlumat verilmişdir.
Məlumat zamanı gənclərin könüllük peşəsini şərəflə , məsuliyyətlə icra etdikləri müsbət şəkildə qiymətləndirilmiş və məhz Binəqədi rayon İcra Hakimiyyətini seçdikləri üçün gənclərə təşəkkür edilmişdir.
Sonra gənclər Binəqədi RİH başçısı Aparatında iki aylıq iş təcrübəsinə başlamış, onlar peşə istiqamətlərinə uyğun olaraq öz istəklərinə əsasən müvafiq şöbələr üzrə bölüşdürülmüşlər.










