7NEWS.az xəbər verir ki, bu sözləri IT üzrə tanınmış ekspert Osman Gündüz deyib: "Baxıram ki, bir çoxları yazıblar ki, MİDA sistemi çöküb. Çökən MİDA-ya qədər olan sistem - Asan Login sistemidir. Əslində, çökmək də demək olmaz, sadəcə, cavabdeh şəxslər satışdan öncə müəyyən ediblər ki, Asan Loginə edilən müraciətlər normalda olduğundan kəskin artıb.
Onlar da doğru olaraq bunu kiber hücum olaraq dəyərləndiriblər və satışı məqbul hesab etməyiblər. Yəni satışın dayandırılması təklifini Asan Loginə cavabdeh qurum, Elektron Hökumətin İnkişafı Mərkəzi, onun səlahiyyətli nümayəndəsi verib. Yeri gəlmişkən, satış prosesinə az qalmış eGov Mərkəzin rəsmi nümayəndəsinin rəsmi açıqlama verərək problemin MİDA-da deyil, Asan Logində olmasını bildirərək rəngi qaçmış və bir qədər də yazıq görkəmdə olan MİDA nümayəndələrini "xilas" etməsini müşahidə etmək də bir ayrı məsələ idi








