Ölkədə öz aktiv fəaliyyəti ilə seçilən Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA, www.AzSlav.org) ictimai birliyinə yeni təyinat olub.
Bu barədə 7News.az-a təşkilatın mətbuat xidmətindən məlumat verilib.
Belə ki, tanınmış jurnalist Ozal İbrahimli ASGA-nın təşkilati işlər üzrə şöbəsinə müdir təyin edilib.
Qeyd edək ki, Ozal İbrahimli 2009-cü ildə Azərbaycan Texniki Universitetinin Nəqliyyat Fakülətsinə daxil olaraq, 2013-cü ildə məzun olub. 2010-cu ildən KİV-də çalışmağa başlayıb. Ölkədə fəaliyyət göstərən bir çox saytlarda redaktor vəzifəsində çalışıb. 2014-cü ildən ASGA-nın üzvüdür.








