Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası daha bir maraqlı sorğuya start verdi. Budəfəki sorğu "İlin rektoru” nominasiyası üzrə qalibin müəyyən edilməsi üçün keçirilir.
Bu barədə Saytımıza məlumat verənAzərbaycan-Slavyan Gəncləri Assosiasiyası İctimai Birliyinin sədri Səbuhi Abbasovsorğunun sırf maarifləndirici xarakterdaşıdığı qeyd etdi:"Bu tip sorğular demək olar ki, bütün Slavyan ölkələrində keçirilir. Onlarda bu istiqamətdə çox yaxşı təcrübə var. Biz də bu təcrübədən yararlanmaq niyyətindəyik. ASGA olaraq bir neçə istiqamətdə sorğular keçirtmək niyyətindəyik. Bu sorğuda əsas məqsədimiz təhsildə həyata keçirilən yeniliklər haqqında cəmiyyəti, xüsusən də, Vətəndaş cəmiyyətinin üzvlərini və media nümayəndələrini məlumatlandırmaqdan, təhsilimizə olan diqqəti artırmaqdan ibarətdir. Sorğu faktiki təhsil sahəsində olan uğurların nəticəsi kimi dəyərləndirilməlidir.”
Sorğu QHT-nin rəsmi internet səhifəsiwww.AzSlav.orgsaytında həyata keçirilir. Səsvermələrə dekbırın 05-nə qədər davam edəcək. 1-ci yerdə qərarlaşan "İlin rektoru” nominasiyası üzrə qalib elan ediləcəkdir.
Xatırladaq ki, ötən il "İlin rektoru” nominasiyası üzrə qalib Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın müxbir üzvü, professorNərgiz Paşayeva seçilmişdir.








