7NEWS.az xəbər verir ki, Qroznuda martın 1-də Çeçenistan rəhbəri Ramazan Kadırovun qızı Aişət Kadırovanın FİRDAWS moda evi fəaliyyətə başlayıb .
Moda evinin təqdimat mərasimində Ramazan Kadırov və başqa dövlət və hökümət nümayəndələri, tanınmış modelyerlər, incəsənət nümayəndələri və digər qonaqlar iştirak edib. Təqdimat Qroznuda yerləşən "Qrand Xolle Firdaws" moda evində baş tutub . Qeyd edək ki , mərasimə ASGA Rusiya nümyəndəliyidə dəvət olunub. Təşkilatımızı ASGA Rusiya nümayəndəliyinin sədr müavini, Rusiyanın tanınmış modeli Yulya Djuyeva təmsil edib.












