RU
Aşiq olun! - Həkimlərdən məsləhət
17:51
1488

Aşiq olun! - Həkimlərdən məsləhət

Heç kimə aşiq deyilsənizsə tez aşiq olun. Türkiyəli psixoloq Mustafa Varol Yorulmaz belə deyir.

Psixoloq  ürək sağlamlığını qorumaq istəyənlərə "aşiq olun" məsləhətini verib. Həkim bildirir ki, aşiq olmaq zövq və xoşbəxtlik bəxş edən endorfin hormonunun ifraz olunmasına kömək edir. Aşiq olmaq ürəyə yaxşı təsir edir.  Psixoloq insanlara ürək sağlamlığını qorumaq üçün tövsiyələr də verib: "Mən artıq ürəyimə xəyanət etməyəcəyəm!" - buna qəti qərar verin. Və bu zamana qədər ürəyinizi sıxan, sizi incidən nə etdisinizsə, nə baş veribsə, hamısını geridə qoyun. Siqareti atın, artıq çəkiniz varsa, arıqlamağa çalışın, idman etməyə başlayın, təzyiq və şəkəriniz varsa, nizama salın. Mustafa Varol Yorulmaz aktiv həyat tərzi sürməyi, daim hərəkətdə olmağı tövsiyə edir./atv.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ