Zəlzələnin maqnitudası 7,5 baldır.
Asiyada baş verən güclü zəlzələ nəticəsində son məlumata görə, 180 nəfər ölüb.
7news.az xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb.
Pakistan hakimiyyəti ölkədə ölənlərin sayının 145-ə çatdığı barədə məlumat yayıb.
Qeyd edildiyi kimi yalnız Hayber-Paxtunxva əyalətində 121 nəfər ölüb.
ABŞ geoloji xidmətinin verdiyi məlumata əsasən, zəlzələnin maqnitudası 7,5 bal gücündə olub.
Daha öncə Əfqanıstan və Pakistanda zəlzələ nəticəsində ölənlərin sayının 100-dən artıq olduğu barədə məlumat yayılmışdı.
17:15
Zəlzələdən sonra yaranan sıxlıqda 12 qız ölüb.
7news.az xəbər verir ki, Reuters-in məlumatına görə, onlar məktəb binasını tərk etmək istəyiblər.
KİV təbii fəlakət nəticəsində çoxsaylı həlak olanlar və yaralıların olması barədə məlumat yayıblar.
“Biz artıq 50 yaralı qəbul etmişik, bizə daima yeni xəsarət alanları gətirirlər. Onlar binanın uçması nəticəsində çoxsaylı xəsarətlər alıblar”, - agentlik Pakistanda Pişəvər xəstəxanasının nümayəndəsinin sözlərindən sitat gətirib.
Əksər ölüm hallarının və xəsarətlərə səbəb məhz tikililərin aşması olub.
Pakistanın Dawn qəzetinin məlumatına görə, Əfqanıstanda və Pakistanda zəlzələnin qurbanı 52 nəfər olub. Nəşr episentrin Kabuldan 254 kilometr şimali-şərqdə Gindukuş dağlarında olması barədə məlumat yayıb.
7news.az








