İnternet satışları üzrə Çinin ən iri "Alinbaba Group" şirkətinin təsisçisi və direktorlar şurasının sədri Cek Ma Asiyanın ən varlı insanı olub.
Bu barədə 7News.Az Bloomberq-a istinadən xəbər verir.
C.Manın var-dövləti 4,3 milyard artaraq 33,3 milyard dollara çatıb.
Asiyanın ən varlı insanları siyahısında ikinci (32,7 milyard dollar) yerdə "Dalian Wanda" qrupun təsisçisi Van Tzyanlin yer alıb. 2015-ci ilə kimi o siyahıda birinci yerdə dururdu.
Siyahının üçüncü yerində honkonqlu sahibkar Li Kaşin 29,5 milyard dollarla yer alıb.
7News.Az








