RU
AŞPA-da prezidenti seçə bilmirlər – YENİLƏNİB
20:46
530

AŞPA-da prezidenti seçə bilmirlər – YENİLƏNİB

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yeni prezidentini nə birinci, nə də ikinci turda seçmək mümkün olmayıb. 

7news.Az-ın məlumatına görə, ilk turda AŞPA-nın 212 üzvü səsvermədə iştirak edib. Stella Kiriakides (Kipr) 126, Emanuelis Zinqeris (Litva) isə 84 səs toplayıb. İkinci Stella Kyriakides 121, litvalı Emanuelis Zingeris isə 69 səs alıb.

Namizədlərdən birinin qalib gəlməsi üçün minimum 152 səs yığması tələb olunur.

Sabah səhər saatlarında səsvermənin sonuncu, üçüncü turu keçiriləcək.

----

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti vəzifəsinə seçkilərin ilk mərhələsində iki namizəddən heç biri tələb olunan mütləq səs çoxluğunu toplaya bilməyib.

7news.Az Report-a istinadən xəbər verir ki, seçkilər bu gün AŞPA-nın Strasburqda keçirilən parlament sessiyası çərçivəsində keçirilib.

Belə ki, Stella Kiriakides (Kipr) 126, Emanuelis Zinqeris (Litva) isə 84 səs toplayıb.

Səsvermənin ikinci mərhələsi bu gün keçiriləcək.

Xatırladaq ki, oktyabrın 6-da Pedro Aqramunt sağlamlığındakı problemləri səbəb göstərərək, könüllü şəkildə AŞPA prezidenti vəzifəsindən istefa verib.

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ