RU
AŞPA-da Rusiya nümayəndə heyətinin etimadnaməsi təsdiq olunmaya bilər
21:00
527

AŞPA-da Rusiya nümayəndə heyətinin etimadnaməsi təsdiq olunmaya bilər

AŞPA-nın qış sessiyasının açılışında Rusiya nümayəndə heyətinin səlahiyyətlərini təsdiq edən etimadnaməyə etiraz edilib.

Rusiyanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin etimadnaməsinə həm prosessual əsaslarla ukraynalı deputat Yevgeniya Kravçuk (Prosedur Qaydalarının 7-ci Qaydası), həm də əhəmiyyətli əsaslarla Litva nümayəndə heyətinin üzvü Emmanuelis Zingeris tərəfindən (8-ci Qayda) etiraz edilib.
Assambleya çərçivəsində bu məsələ 26 yanvarda saat 15:30-da müzakirə ediləcək.

Qaydalara əsasən, Assambleya üç variantdan birinə səs verməlidir: Rusiya nümayəndə heyətinin səlahiyyətlərini ratifikasiya etmək, onları ratifikasiya etməmək və ya iştirak və ya təmsilçilik hüquqlarından bəzilərinin həyata keçirilməsini məhdudlaşdırmaqla və ya dayandırmaqla birlikdə ratifikasiya etmək.

Rusiya nümayəndə heyətinin üzvləri Assambleya qərar qəbul edənə qədər Assambleyanın digər üzvləri ilə eyni hüquqlara malik olaraq müvəqqəti otura bilərlər, lakin öz səlahiyyətləri üzrə səs verə bilməzlər.

AŞPA-da Rusiya nümayəndə heyətinin rəhbəri, Dumanın vitse-spikeri Pyotr Tolstoy hüquqlarının məhdudlaşdırılacağı halda, nümayəndə heyətinin tam tərkibdə AŞPA sessiyasını tərk edəcəklərini söyləyib.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ