RU
AŞPA Komitəsi: “Ermənistan Silahlı Qüvvələri Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmalıdır”
15:17
737

AŞPA Komitəsi: “Ermənistan Silahlı Qüvvələri Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmalıdır”

Ermənistan Silahlı Qüvvələri Dağlıq Qarabağdan və Azərbaycanın işğal edilmiş digər ərazilərindən çıxarılmalıdır.

7News.Az xəbər verir ki, bu barədə Avropa Şurası Parlament Assambleyasının Demokratiya və Siyasi Məsələlər Komitəsinin məruzəçisi Robert Valterin "Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərində zorakılığın artmasına dair” hazırladığı hesabat əsasında bu komitədə qəbul olunan qətnamə layihəsində deyilir.
 
AŞPA Komitəsi bəyan edib ki, ATƏT-in Minsk qrupu prosesi çərçivəsində Azərbaycanın bu ərazilərdə tam suverenliyini bərpa edilməlidir.
 
Sənəddə həmçinin etimad tədbirlərinin möhkəmləndirilməsi, Azərbaycanın digər ərazisindən Naxçıvana çıxışın təmin olunmasına, Minsk qrupunun plenar iclasının keçirilməsinə çağırılır.
 
Komitə təmas xəttindəki dinc əhalinin qəsdən hədəfə alınmasını qətiyyətlə pisləyib, bu münaqişənin digər beynəlxalq böhranların fonunda kənarda qalmasından təəssüf hissi bildirilir.
 
“2014-cü ilin əvvəlindən 100-ə yaxın insanın ölümünə səbəb olan bu münaqişə  Avropa Şurasının iki üzv ölkəsi arasında real müharibəyə çevrilə bilər”.
 
Komitə Azərbaycan və Ermənistanı 2001-ci ildə Avropa Şurasına üzv olarkən Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yalnız sülh xarakterli vasitələrdən istifadə etmək barədə üzərlərinə götürdükləri öhdəliyi yerinə yetirməyə çağıraraq hər iki hökuməti silahlı qüvvələrdən istifadə etməkdən çəkinməyə səsləyir.
 
Sənəddə Dalıq Qarabağ və digər işğal olunmuş ərazilərdə təhlükəsizliyi dəstəkləmək, məcburi köçkünlərin təhlükəsiz qayıdışı və yerləşdirilməsini təmin etmək, atəşkəs rejiminin pozulmasını araşdırmaq mexanizmini yaratmaq  üçün ATƏT tərəfindən sülhməramlı qüvvələrin yaradılması çağırışı əksini tapıb.
 
Qeyd edək ki, Qətnamə layihəsi 2016-cı ilin yanvar sessiyasında assambleyanın iclasında müzakirə olunacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ