RU
AŞPA-nın “Bərabərlik və Qeyri-diskriminasiya” komitəsi və “Gender Bərabərliyi” sub-komitəsinin növbəti onlayn iclası baş tutdu
09:19
276

AŞPA-nın “Bərabərlik və Qeyri-diskriminasiya” komitəsi və “Gender Bərabərliyi” sub-komitəsinin növbəti onlayn iclası baş tutdu

15 Mart AŞPA-nın "Bərabərlik və Qeyri-diskriminasiya” komitəsi və "Gender Bərabərliyi” sub-komitəsinin növbəti onlayn iclası baş tutdu

Tədbirin budəfəki gündəliyinə qadınların siyasi qərarvermədə, sülh prosesində rolunun artırılması, qadın və uşaqlara qarşı zorakılıq hallarının həll yolları, cəmiyyətlərdə sosial qeyri-bərabərliklərin aradan qaldırılması kimi məsələlər daxil edilmişdir. Görüşdə millət vəkili Könül Nurullayeva da çıxış edərək maarifləndirmə kampaniyasının həyata keçirilməsinin vacibliyindən danışıb: "Mən də sonuncu mövzu üzrə fikirlərimi komitənin diqqətinə yazılı şəkildə çatdırdım, sosial əsaslar üzərində yaşanan qeyri-bərabərlik hallarının aradan qaldırılması üçün icra mexanizminin gücləndirilməsi, BƏT ilə sıx əməkdaşlığın inkişafı, cəmiyyətin müxtəlif təbəqələri və ictimai fəallar tərəfindən maarifləndirmə kampaniyasının həyata keçirilməsi müstəvisində təkliflərimi irəli sürdüm."

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ