Rusiyada yaşayan azərbaycanlı iş adamı Telman İsmayılovun Moskvadakı biznes mərkəzi satışa çıxarılacaq.
AST Telmana məxsus, Moskvanın mərkəzində yerləşən "Tropikano” biznes mərkəzinin sahəsi 15.400 kvadrat metrdir. "Detskiy mir” mağazası yerləşən obyekt may ayında satılacaq.
Moskva Arbitraj Məhkəməsi isə, Rusiya reyestr xidmətinə Telman İsmayılovun AST şirkətlər qrupuna daxil olan "Tropikano” biznes-klubuna məxsus bina ilə bağlı hər hansı qeydiyyat işlərinin aparılmasını qadağan etmişdi. Məhkəmə Telman İsmayılovun şirkətinin müflis olması ilə əlaqədar "Tropikano” biznes-klubunun meneceri Yevgeni Pimenovun müvafiq ərizəsini təmin edib. Bundan əlavə, "Yeni idarəetmə texnologiyaları” səhmdar cəmiyyətinə sahəsi 6 min kvadrat metrdən artıq olan biznes-mərkəzin binası üzrə istənilən hərəkəti qadağan olunub.
Qeyd edək ki, bir müddət əvvəl AST Telmana məxsus "Mardan Palace” oteli də Türkiyədə satışa çıxarılmışdı.
7news.Az








