Son zamanlar məmurların yol hərəkəti qaydalarını necə pozmasını əks etdirən foto və videoların sayı artır.
7News.az saytı xəbər verir ki, reportyor.tv-nin yaydığı videoya görə, bu dəfə fevralın 29-da, saat 10:25 radələrində çəkilmiş görüntülərdə Ağstafa rayonunun birinci şəxsi, icra başçısı Məhərrəm Quliyevin "05-AA-001" dövlət nömrə nişanlı xidməti avtomobili ilə qanunən saatda 110 km/saat sürət həddi olan yolda 180-200-lə hərəkət etdiyi əksini tapıb.
Həmin videonu təqdim edirik:








