Ağstafa rayonunda zəncirvari yol qəzası baş verib.
7News.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Ağstafa rayonunun Dağkəsəmən kəndində rayon sakini Vaqif Ələkbərovun idarə etdiyi "Opel", Qazax rayon sakini İmamverdi Məmmədovun idarə etdiyi "VAZ-21063" və Bakı şəhər sakini Raqi Əsgərovun idarə etdiyi "KİA" markalı avtomobillər toqquşub.
Nəticədə İ.Məmmədov, V.Ələkbərov və 1 sərnişini xəstəxanaya yerləşdirilib, İ.Məmmədov orada ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.








