Ağstafada zəhərlənmə faktı qeydə alınıb.
Hadisə rayonun Eynallı kəndində qeydə alınıb.1985-ci il təvəllüdlü E.Arıxova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.Onun vəziyyətinin normal olduğu bildirilir.
İlkin məlumatına görə 37 yaşlı qadın yaşadığı evdə sirkə turşusu içərək zəhərlənib.
Faktla bağlı araşdırma aparılır.
7NEWS.Az








