RU
Ağstafada 80 yaşlı qoca yandı, xəstəxanada öldü
10:30
323

Ağstafada 80 yaşlı qoca yandı, xəstəxanada öldü

Ağstafa rayonunda 80 yaşlı yerli sakin yanıq xəsarətləri ilə yerləşdirildiyi xəstəxanada ölüb.

 1938-ci il təvəllüdlü Sabir Tofiq oğlu İsmayılov 1 ay əvvəl rayonun Qırılı kəndində yaşadığı evdə baş vermiş yanğın zamanı müxtəlif bədən xəsarətləri alıb. Onun hadisədən sonra xəstəxanada tibbi yardım alıb-almadığı haqda məlumat olmasa da, kimsəsiz olan ahıl kişi yaralı halda küçədə yaşayıb.

Son günlər S.İsmayılovun vəziyyəti tam ağırlaşıb və günlərlə köməksiz və ağır vəziyyətdə küçədə qalıb. Dünən isə onun səhhəti daha da ağırlaşıb və təcili tibbi yardıma məlumat verilərək Ağstafa rayon Mərkəzi Xəstəxanasına aparılıb. Lakin yaralı ağır vəziyyətdə olduğundan onun həyatını xilas etmək mümkün olmayıb.

 

Qeyd edək ki, S.İsmayılov uzun illər kənd sakinlərinin həyətində muzdlu çalışaraq özünü dolandırıb və tək yaşayıb.

Faktla bağlı araşdırma aparılır./report

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ