RU
Ağstafada ağır yol qəzası...
21:02
823

Ağstafada ağır yol qəzası...

Ağstafada ağır yol qəzası baş verib. Axşam saatlarında qeydə alınan yol nəqliyyat hadisəsində 5 nəfər xəsarət alıb, onlardan biri dünyasını dəyişib. TTV-nin növbətçi çəkiliş qrupu hadisə yerində olub. Daha ətraflı video materialdan biləcəksiniz.

Bakı-Qazax avtomagistralının Ağstafa şəhəri ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib. Qazaxdan Bakı istiqamətinə hərəkətdə olan VAZ 21-06 markalı minik maşını əks istiqamətdə olan eyni markalı avtomobillə toqquşub. Nəticədə Tovuz rayonunun Əlibəyli kənd sakini Mahir Cəfərov dünyasını dəyişib. Digər beş sərnişin isə xəsarət alıb. Yaralılar Ağstafa Şəhər Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ağır vəziyyətdə olan Tovuzun Aşağı Quşçu kənd sakinləri Sərdar Rüstəmov, Seymur Qasımov və adı bilinməyən daha iki sərnişin Qazax Diaqnostika Mərkəzinə təxliyə olunub. Hadisə şahidlərinin dediyinə görə qəzaya yüksək sürət səbəb olub. Baş Dövlət Yol Polisi İdarəsində faktla bağlı araşdırma aparılır./ttv

7news.az

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ