Ağstafa rayonunda Bakı şəhər sakini qətlə yetirilib. "Report"un məlumatına görə, üzərində zorakılıq əlamətləri olan Bakı şəhər sakini Tural Hacıyevin meyiti Ağstafa rayon sakini Samir Əliyevə məxsus "VAZ-2106" markalı avtomobillə xəstəxanaya gətirilib. T.Hacıyevin küt alətlə vurularaq öldürüldüyü məlum olub.
Faktla bağlı araşdırmalara başlanılıb.
7News.az








