RU
Ağstafada baş verən qəzada 5 nəfər xəsarət alıb
20:44
223

Ağstafada baş verən qəzada 5 nəfər xəsarət alıb

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

Hərəkətdə olan " VAZ 21011" markalı minik maşını ilə "BMW" markalı avtomobil toqquşub. Qəza zamanı 1966-cı il təvəllüdlü Qədimov Ramazan Süleyman oğlu, 1992-ci il təvəllüdlü Omarov Şahlar Asiman oğlu, 1982-ci il təvəllüdlü Abbasov Mövsüm Nadir oğlu, 1977-ci il təvəllüdlü Orucov Vəli Hacımurad oğlu və 1965-ci il təvəllüdlü Orucova Ayxanım Kağı qızı xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır./apa
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ