Ağstafa rayonunda yanğın hadisəsi baş verib.
7News.az xəbər verir ki, hadisə Ağstafa mərkəzi bazarında qeydə alınıb.
Saat 15.20 radələrində başlayan yanğının söndürülməsinə Ağstafa Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.
Yanğın nəticəsində bazarın 150 kvadratmetr sahəsi yararsız hala düşüb, 3 mağazaya ziyan dəyib.
Alovun digər mağazalara keçməsinin qarşısı alınıb, yanğın söndürülüb.
Faktla bağlı araşdırma aparılır.//apa
7News.az








