RU
Ağstafada çörək maşınında heyvan cəmdəyi tapıldı
20:40
509

Ağstafada çörək maşınında heyvan cəmdəyi tapıldı

Dövlət Xidməti məlumat yaydı.

Dekabrın 3-də Ağstafa Rayon Baytarlıq İdarəsi tərəfindən reyd aparılıb.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən  verilən məlumata görə, İdarə əməkdaşlarının keçirdiyi reyd zamanı Ağstafa rayonunun Poylu kəndində (stansiyasında) “90 CX 615” dövlət nömrə nişanlı çörək maşınında bir baş ölmüş iribuynuzlu heyvan cəmdəyi aşkar edilib.

Heyvan cəmdəyinə mütəxəssis baxışı zamanı məlum olub ki, heyvan öldükdən (murdar olduqdan) sonra onun başı kəsilib və satış üçün nəzərdə tutulub.

Ağstafa rayon Polis şöbəsi əməkdaşlarının da iştirakı ilə reallaşan bu tədbir zamanı murdar olmuş heyvan cəmdəyi qanunvericiliyə uyğun olaraq baytarlıq mütəxəssislərinin nəzarəti altında maşından götürülərək müəyyən edilmiş ərazidə zərərsizləşdirilib./oxu

7news.az

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ