RU
Ağstafada evdən oğurluq etmək istəyən şəxs baltalanıb
12:10
467

Ağstafada evdən oğurluq etmək istəyən şəxs baltalanıb

Ağstafada oğurluq etmək üçün evə girən şəxs mbaltalanıb.

Rayonun Köçəsgər kənd sakini, 1973-cü il təvəllüdlü S.Ələkbərovla evinə oğurluğa girən 2003-cü il təvəllüdlü K.Əlləzov arasında mübahisə yaranıb. Mübahisə zəmnində ev sahibi ilə oğurluğa girən şəxs bir-birini baltalayıblar. Hər ikisi xəstəxanaya yerləşdirilib.

Ev sahibi S.Ələkbərovun vəziyyəti ağır, evə oğurluğa girən şəxsin vəziyyəti isə qənaətbəxş qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ