RU
Ağstafada ölümlə nəticələnən yol qəzası baş verib
23:30
877

Ağstafada ölümlə nəticələnən yol qəzası baş verib

Faktla bağlı araşdırma aparılır.

Ağstafada bir nəfərin ölümü, 4 nəfərin yaralanması ilə nəticələnən ağır yol nəqliyyat qəzası baş verib.

Hadisə Bakı-Qazax magistral yolunun Ağstafa rayonu Daş Kəsəmən kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“KİA” markalı avtomobillə “VAZ 21011”in toqquşması nəticəsində “VAZ”ın sürücüsü, Ağstafa rayon Sağ Kəsəmən kənd sakini 1958-ci il təvəllüdlü Qabil Talıbov hadisə yerində ölüb, onun həmkəndlisi, sərnişin 1988-ci il təvəllüdlü Mahmud İbrahimov və “KİA” nın sərnişinləri Qazax rayon Kommuna kənd sakinləri 1992-ci il təvəllüdlü Gülnar Cəlilova, 1980-ci il təvəllüdlü Səyalı Mirzəliyeva və 1974-cü il təvəllüdlü Vəfagül Mirzəliyeva müxtəlif bədən xəsarətləri alaraq Ağstafa Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır./apa

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ