RU
Ağstafada yeni doğulan 10 günlük quzu
21:56
1028

Ağstafada yeni doğulan 10 günlük quzu

Ağstafada baş verən qeyri - adi hadisə hamını təəcübləndirib.

Rayonun Muğanlı kəndində Pəri Paşşanovanın təsərrüfatındakı qoyunlardan birinin yeni dünyaya gətirdiyi quzu doğulduğu gündən süd verməyə başlayıb. Cəmi 10 günlük olan bu canlı hər gün südü sağılmayanda narahat olur. Südü götürüldükdən sonra isə quzu normal həyat tərzinə qayıdır. Sahibinin sözlərinə görə quzu həm hərəkətliliyinə həm də qidalanmasına görə diqqəti çəkir. Az bir vaxtda doğulmasına baxmayaraq, ot yeyir, anası ilə bərabər arpa qəbul edir. Halbuki, on günlük quzu normal halda ot və digər qida qəbul etməməlidir. Quzudan götürülən gündəlik südün həcmi isə təxminən 70-100 qram arası olur. Baytarlar quzunun süd verməsini anormallığın nəticəsi kimi qiymətləndirsələr də təssərüfat sahibi bunu möcüzə sayır./atv

7news.az

 

 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ