RU
Ağstafada yolu keçən piyadanı maşın vurdu
16:11
448

Ağstafada yolu keçən piyadanı maşın vurdu

Ağstafa şəhərinin ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən 7News.Az-a verilən məlumata görə, noyabrın 12-də saat 05:00 radələrində Ağstafa şəhərinin ərazisində Şəmkir şəhər sakini Vüqar Vəliyev idarə etdiyi "Mitsubishi” markalı avtomobillə yolu keçən şəhər sakini Bayraməli Hüseynəliyevi vurub. 

Piyada hadisə yerində ölüb.

Ağstafa RPŞ tərəfindən araşdırma aparılır.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ