RU
Ağstafanın Tatlı kəndindən olan “şirin dilli” dələduz kimdir ?
13:56
4076

Ağstafanın Tatlı kəndindən olan “şirin dilli” dələduz kimdir ?

Azərbacanın  səfalı  və füsunkar  güşələri   haqqında  internetdə  məlumtları  izləyərkən   belə  bir  yazı  ilə  rastlaşdım:    09.02.2016-cı  il  tarixdə  Vasif  Babaxanov  Ağstafa  rayonunun  Tatlı  kəndi   haqqında   belə  yazıb :  Tatlı  kəndinin  füsunkar  təbiəti,  təmiz  havası,  saf  suyu  olduğu  kimi   camaatı  da   mərd,   saf  və  təmiz   vicdanlı  adamlardır.                                                                                                                               

Bu   yazını  oxuduqdan   və  kənd  haqqında   xeyli  məlumatla  tanış   olduqdan  sonra  məndə   təəcüb  və  təəssüf   hissi  yarandı:   necə  ola  bilər  ki,  bu   kənddən   Həsənov  Rövşən  Məhəmməd  oğlu   (tel. 070  712 29 26; 055  542 76 05;  070  898 05 05)   adlı  bir   fırıldaqçı,  bir  dələduz  çıxsın ?

Belə ki,  Həsənov  Rövşən Məhəmməd  oğlu  bir  il  bundan  əvvəl,  11.03.2015-ci  il tarixdə   icarə  müqaviləsinə əsasən  DNN HO19980  olan, “Saipa-132”  markalı  avtomobili   icarəyə  götürülmüşdür  və avtomobili   icarəyə  götürəndən  sonra  müxtəlif   bəhanələr  (ailə  və məişət   zəminli)  uyduraraq  icarə  haqqını  ödəməkdən  yayinmağa  başlayıb,  son  yeddi  ay  ərzində  isə  tam  yoxa  çıxıb :  nə  icarə  haqqı  ödənişi  edir,  nə də  telefon  zənglərinə  cavab  vermir,  nə də  gətirib  avtomobili  təhvil  verir.  Beləliklə  o,  etibardan   istifadə  edərək  dələduzluq  yolu  ilə   başqasının  əmlakını  ( avtomobili  və  icarə  haqqını )  talamışdır.   Bizim  əldə  etdiyimiz  məlumata  görə,  R.Həsənov  avtomobili   hansı  yolla  isə  başqa  bir  şəxsə  satıb,  pulunu   isə  öz  şəxsi   məqsədləri  üçün  xərcləyib.  Rövşən  Həsənov  özünü  gah  Qərbi  Azərbaycandan olan  qaçqın,  gah  da  Qarabağdan  olan  köçgün  kimi  təqdim  edərək   təmasda  olduğu  insanları  aldadır,   hədə-qorxu  gəlməklə məşqul  olur.

Rövşən  Məhəmməd  oğlu  Həsənovun, qanuna  zidd   əməllərinin  qarşısının  alınması    məqsədi  ilə   tədbirlərin   görülməsi  üçün  Ağstafa  rayonu   hüquq  mühafizə  orqanlarına  və  Tatlı   kəndi   icra  nümayəndəsinə   müraciət   etmişəm  və  əminəm ki,   bunun   müsbət  nəticəsi   olacaqdır,  fırıldaqçı-dələduz  layiqli  cəzasını  alacaqdır.

Tatlı  kəndinin  hörmətli  əhalisi,  bu  dələduzun  ictimai  qınaq  obyektinə  çevrilməsinə  və  onun  bu  əyri  yoldan  çəkinməsinə  Sizin  yardımınız  vacibdir.  Onun  Tatlı  kəndinin  sakini  olması  və  belə  hərəkətlərə  yol  verməsi  heç  də  xoşağələn  hal  deyil. Öz  əməlləri  ilə   el-obasını  biabır  edən  fırıldaqçı  Rövşən  Məhəmməd  oğlu  Həsənovu   tanimayanlar  onun  şəklinə  baxsınlar   və  çalışsınlar ki,  onun   fırıldağının  qurbanı  olmasınlar.

Fırıldaqçı-dələduz  Rövşən  Məhəmməd  oğlu  Həsənov  haqqında  yeni  məlumatlar   əldə  edildikdə  oxucularla   bölüşəcəyik.

Yasin  Hüseynov

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ