Türkiyə və Rusiyanın təşəbbüsü ilə Astanada təşkil edilən Suriya sülh danışıqları davam edir.
7News.az xarici mətbuata istinadən xəbər verir ki, açılış sessiyasından sonra görüşdə qəbul edilməsi gözlənilən birgə bəyanat layihəsini mətbuata sızıb.
Astana danışıqlarında Suriya hökuməti və silahlı müxaliflər ilk dəfə eyni masada oturur. Daha əvvəlki Suriya sülh danışıqlarında tərəflər üz-üzə deyil, vasitəçilərin köməyi ilə ünsiyyət qurmuşdu.
Danışıqların üz-üzə davam edib -etməyəcəyi qəti deyil. Çünki Reuters-ə danışan müxalif bir qaynaq hökumət rəsmiləri ilə birbaşa görüşmək kimi bir planlarının olmadığını söyləyib. Qazaxıstan Xarici İşlər Nazirliyinin səlahiyyətliləri Astanadakı danışıqların 24 saat davam edəcəyini bildirib. Lakin danışıqların bir neçə gün olacağı da istisna edilmir. Sputnik müxbiri dəyirmi masa ətrafında bir araya gələn Suriya tərəflərinin önündəki kartlarda "hökumət", ya da "müxalifət" kimi sözlərin yazılmadığı, hər bir nümayəndənin qarşısında "Suriya Ərəb Respublikası" yazılan kartların olduğunu yazıb. Astanadaki danışıqlarda Rusiya və Türkiyənin təşəbbüsü ilə Suriyada 2016-cı ilin dekabrında əldə edilən atəşkəs rejiminin gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparılacaq. Görüşlərdə müxaliflərin baş müzakirəçisi olan və "Ceyşul İslam” (İslam Ordusu) liderlərindən Məhəmməd Alluş Suriyadakı atəşkəsi gücləndirmək üçün dünyanın hər yerinə getməyə hazır olduqlarını bildirib. Digər tərəfdən Astana görüşü nəticəsində qəbul edilməsi planlaşdırılan ortaq bəyanatın ilkin mətnində Rusiya, İran və Türkiyənin Suriyadakı bütün qruplara İŞİD-i və köhnə adı "Əl Nusra" olan "Fəth əl Şam Cəbhəsi"ndən ayrılma çağırışı etdiyi bildirilib.
7News.az








