RU
Astanada yanğın: azyaşlılar öldü
12:20
279

Astanada yanğın: azyaşlılar öldü

Qazaxıstanın paytaxtı Astanada şəxsi evlərin birində baş verən yanğında beş uşaq həyatını itirib.

Bu barədə "Sputnik-Qazaxıstan” ölkənin Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar üzrə komitəsinin mətbuat xidmətinə istinadən məlumat  yayıb.

Faciəvi hadisə Sarıarkin rayonunun Şınqıstau küçəsində, bazar ertəsinə keçən gecə, 03:00 radələrində qeydə alınıb. Alovun söndürülməsi üçün əraziyə 17 yanğınsöndürən və beş yanğınsöndürmə texnikası cəlb olunub.

Yanğın nəticəsində evin dam örtüyü dağılıb. Hadisə yerinə gələn yanğınsöndürənlər evdən 2006, 2008, 2013, 2015 və 2018-ci il təvəllüdlü beş azyaşlının meyitini aşkarlayıb. Bədbəxt hadisə zamanı uşaqların valideynlərinin işdə olduğu bildirilir.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ