Hürriyət.Az Xəbər portalımızın mail ünvanına gələn şikayət məktubu.
Hörmətl Hürriyət.az saytı xahiç edirəm ki, Azərbaycan Respublikasının Prezidentinə saytınız vasitəsilə etdiyim müraciət mektubumu öz saytınızda dərc etdirəsiniz.
Möhtərəm Prezident, Astara rayon Təhsil şöbə müdiri Qızbəs Məmmədovanın korrupsiya xarakterli əməlləri barədə məlumat verməyi özümə mənəvi borc bilirəm.
Mən, 22 il Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmişəm. Xidmətimin 12 ili döyüş bölgəsində səngərdə keçmişdirş Daim Ali Baş Komadanın əmrinə tabe olan və hər an torpaqlarımızın düşmənlərimizdən azad edilməsi məqsədi ilə veriləcək döyüş əmrinə hazıram.
Astara rayon Təhsil şöbəsinin Qızbəs Məmmədova tərəfindən 2004-2013-cü il tarixlərdə Təhsil şöbəsinin balansında olan istismara yararsız VAZ -2104 markalı avtomobilə sürücü əmrləşdirilmiş, həmin avtomobil texniki baxışdan kecmədiyi halda yanacaq və ehtiyat hissələri silinmişdir.Hal-hazırda məktəblərin əksəriyyətində psixoloq ixtisası üzrə dərslər baza təhsili olmayan müəllimlər tərəfindən keçirilir. Sizin şəxsi təşəbbüsünüzlə əhalinin istirahətinin səmərəli keçirilməsi məqsədilə inşa edilmiş Astara dənizkənarı bulvarda işlətdiyi kafedən yaz yay aylarında əldə olunan əsas gəliri vergiden yayındırır. Təkcə onu demek bəs edər ki, yay aylarında bir çaynik çay 3-5 manat qiymətinə satılır. Astara şəhərində yerləşən 9 mərtəbəli binada hər birinin dəyəri 110.000 manat olan hər biri 3 otaqlı olan 2 mənzil, Bakı şəhərindəki mənzillər və hər oğluna qiyməti 50000 manatdan çox olan Volkswagen markalı avtomobillər alan müdirə xanım təxminən 540 manat əməkhaqqqı məvacibi ilə bunları necə alıb? 2011-ci ildən bugünədək Təhsil Nazirliyindən test imtahanlarından keçməyən 200-dən çox şəxs Qızbəs Məmmədova tərəfindən bilik səviyyələri yoxlanılmadan işə qəbul edilib. Sual olunur nəyə görə və hansı məqsədlə? Nəyə görə sualını Qızbəs Məmmədovadan başqa heç kim bilməz. Amma məqsəd gələcəkdə savadsız vətəndaş yetişdirməkdir.Rəhbərlik etiyi müxtəlif illərdə təcrübəli müəllimlərin əvəzinə pedoqoji stajı olmayan şəxsləri birbaşa rayon Təhsil şöbəsinə metodist vəzifələrinə təyin olunmuşdur. 2006-cı il tarixdən 2013-cü il tarixədək Qızbəs Məmmədovanın yaratdığı "Uşaq fonduna” hər ay müəllimlərin əməkhaqqı məvacibinin 1 faizi tutulmuşdur Həmin fonda toplanan pulun taleyi isə yaradıldıı kimi qaranlıq qalır. Qızbəs Məmmədova rəhbərlik etdiyi müddət ərzində təhsil işçilərinin Azad Həmkarlar komitəsinə öz maddi maraqları naminə məktublar yazaraq külli miqdarda pul vəsaitini qanunsuz olaraq xərcləmişdir.Qızbəs Məmmədo 2016-cı ilin avqust aylarında rəhbərlik adından istifadə edərək 10 nəfər rayon təhsil şöbəsinin işcilərindən və məktəb direktorlarından onun maddi maraqlarına cavab vermədiyi üçün "könüllü” ərizə alaraq işdən azad etmişdir.
Bütün bu faktlar Qızbəs Məmmədova vəzifədən uzaqlaşdırıldıqdan sonra öz təsdiqini tapacaqdır.
Cənab Prezident öz çıxışınızda "Mən hər bir Azərbaycanlının Prezidentiyəm”demişdir.Bəs onda niyə bəzi məmurlar bu kimi ayrı-seçkiliyə yol verirlər.Belə çıxır ki, mən Prezidentimə korrupsiyaya qarşı verdiyim dəstəyə görə təqib olunmaliyam?Axı niyə etdiyim şikayət əsasında vaxtında operativ tədbirlər görülmədi? Mənim məqsədim korrupsiya xarakterli faktları ifşa edərək Prezidentimə bir vətəndaş kimi öz dəstəyimi göstərmək idi. Amma çox təəsüflər olsun ki, mənimtək vətənpərvər insanlarda ruh düşkünlüyü yaratmaqla məmurla vətəndaş arasında məsuliyyətə cəlb olunma sahəsində bərabərsizlik nümayiş etdirildi.Qanunlarımızda hər birimizin törədəcəyimiz əmələ görə bərəbər hüqüqlu olduğumuz qeyd olunduğu halda niyə bu kimi hallara yol verilir. Mən öz Prezidentimə inanıram.İnanıram ki, şikayətimə baxılacaqdır.Hal-hazırda Qızbəs Məmmədova və onun himayədarları korrupsiya əməlləri barədə məlumat verdiyimə və öz Prezidentimə korrupsiyaya qarşı mübarizədə dəstəyimə görə həbsimə hazırlıq işləri görürlərş Cox güman ki, bu yaxınlarda onlar məni həbs etdirməyə nail olacaqlar. Onda sual yaranır korrupsiya barədə məlumat verən şəxsin təhlükəsizliyinə təminat belə verilirmi?Amma mən xalqımın və dövlətimin uğrunda ölümədə hazıram.Təki Vətən sağ olsun.
Möhtərəm Prezident, mən bir vətəndaş kimi öz borcumu yerinə yetirdim və indi vicdanım rahatdı ona görə ki, bir məmurun özbaşınalığına qarşı fəal oldum. Sizdən xahiş edirəm ki, bu faktlarla bağlı tədbir görülməsinə və təhlükəsizliyimin təmin olunmağına sərəncam verəsiniz.








