RU
11:49
583

"Astaraçay körpüsünün tikintisi ilə bağlı işlərin 90%-i görülüb" - Cavid Qurbanov

"Astaraçay körpüsünün tikintisi ilə bağlı işlərin 90%-i görülüb".

7News.Az xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov bildirib.

Onun sözlərinə görə, bir ay sonra körpünün Azərbaycan tərəfindən tam birləşməsi başa çatacaq: "Bu günə olan məlumata əsasən, 8,3 kilometrlik yolun 7 kilometrindən işlər tam bitib. Körpünün bütün dayaqları yerindədir, yanaşma zolağının tikintisi yekunlaşıb".

C. Qurbanov qeyd edib ki, bu yol həm Rusiya, həm İran, həm də Azərbaycana böyük dividendlər gətirəcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ