RU
Astarada 13 yaşlı uşağı avtomobil vurub
15:20
465

Astarada 13 yaşlı uşağı avtomobil vurub

Astara şəhərində 13 yaşlı oğlan uşağını maşın vurub.

 

 Astara sakini Yavər Məmmədov idarə etdiyi "VAZ-2106" markalı, 90-CS-481 dövlət-qeydiyyat nömrə nişanlı avtomobillə hərəkətdə olarkən rayon sakini, 2004-cü il təvəllüdlü Allahverdi Ruslan oğlu Ağayevi vurub. Xəsarət alan A. Ağayev əvvəlcə sürücü tərəfindən Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardım göstərildikdən sonra o, Lənkəran Mərkəzi Rayon Xəstəxanasına aparılıb. 

 

Faktla bağlı araşdırmalara başlanıb./apa

 

 


7News.Az 


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ