RU
Astarada 29 yaşlı oğlan özünü asdı
13:50
865

Astarada 29 yaşlı oğlan özünü asdı

Astara rayonunda intihar hadisəsi baş verib.

Hadisə rayonun Şümrüd kəndində baş verib. Kənd sakini, 1988-ci il təvəllüdlü Musayev Vasif Cavad oğlu özünü yaşadığı evin həyətində asıb. Yaxınları onun meyitini asılmış vəziyyətdə aşkar edib.

İntiharın səbəbləri məlum deyil.

Faktla bağlı Astara rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb./trend

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ