RU
Astarada ağacdan özünü asan şəxslə bağlı cinayət işi açılıb
19:20
958

Astarada ağacdan özünü asan şəxslə bağlı cinayət işi açılıb

Astarada ağacdan özünü asan şəxslə bağlı cinayət işi açılıb.

Bu barədə 7NEWS.Az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, fevralın 15-də rayonun Toradi kənd sakini Sovqatov Zaur Məhərrəm oğlunun rayonun Taxtanakəran kəndində yolun kənarında dik yamacda yerləşən vələs ağacından asılmış vəziyyətdə meyiti aşkar edilib.

Faktla bağlı Cinayət Məclləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda iş üzrə bütün halların araşdırılması məqsədilə istintaq hərəkətləri həyata keçirilir.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ