Astarada bədbəxt hadisə baş verib.
Hadisə rayonun Ərçivan qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini 1975-ci il təvəllüdlü Aslan Əliyev yaşadığı evdə ehtiyatsızlıqdan pilləkəndən yıxılması nəticəsində baş nahiyəsindən xəsarət alaraq ölüb.
Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.








