RU
Astarada dəhşətli qəza -18 yaşlı tələbə həyatını itirdi
11:20
263

Astarada dəhşətli qəza -18 yaşlı tələbə həyatını itirdi

Astarada  baş vermiş ağır yol nəqliyyat hadisəsi nətincəsində 18 yaşlı gənc dünyasını dəyisib 
 

Oxu.Az-ın bölgə müxbirinin verdiyi xəbərə görə, hadisə Astara rayonunun Şüvi kəndi ərazisində baş verib.
 Şüvi kənd sakini,17 yaşlı Şəhriyar Əsgərovun idarə etdiyi "VAZ 21011” markalı, 99 RU 131 dövlət qeydiyyat nişanlı avtomobil  Astara rayonu Siyətük kənd sakini, 37 yaşlı Şamradov Məmməd Şükür oğlunun  idarə etdiyi "Mersedes”  markalı, 99HD 377 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə toqquşub. 

Nəticədə "VAZ 21011”- də olan sənrişin, Astara rayonu Şüvi kənd sakini, 18 yaşlı Baxşiyev Qadir Kamil oğlu hadisə yerində dünyasını dəyişib, sürücü Şəhriyar Əsgərov isə ağır bədən xəsarətləri ilə Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyətinin ağır  olduğu bildirilir. Ölən gəncin ailənin tək oğlu olduğu, atasının isə hazırda Ümrə ziyarətində olduğu qeyd edilib. O Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının birinci kurs tələbəsi idi.
Faktla bağlı araşdırma aparılır.
 
 
 
7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ