RU
Astarada qəza - 5 yaralı
01:20
488

Astarada qəza - 5 yaralı

Astarada avtoqəza nəticəsində 5 nəfər xəsarət alıb.

7news.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Kijəbə kəndi ərazisində qeydə alınıb. Kənd sakini 1990-cı il təvəllüdlü Bəylər Amil oğlu İbrahimov idarə etdiyi "VAZ-21011” markalı avtomaşını maneəyə çırpıb. Nəticədə sürücü də daxil olmaqla, 5 nəfər xəsarət alıb. Onlardan dördü Astara rayon mərkəzi xəstəxanasına, Şuvi kənd sakini 1987-ci il təvəllüdlü Yüsif Mirəli oğlu Məmmədov isə Lənkəran mərkəzi xəstəxanasına yerləşdirilib. 

Xəsarət almış üç sərnişinin kimliyi hələlik məlum deyil.
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ