RU
Astarada silah satan şəxs saxlanıldı - FOTO
12:19
272

Astarada silah satan şəxs saxlanıldı - FOTO

Astara sakini odlu silah satarkən saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Astara RPŞ əməkdaşlarından daxil olmuş məlumata əsasən, keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Şiyəkəran kənd sakini, əvvəllər məhkum olunmuş Sadiq Rzayev lüləsi və qundağı kəsilmiş vəziyyətdə olan İJ-17 markalı 16 kalibrli odlu silah olan tüfəngi satarkən saxlanılıb. 

Onun üzərinə keçirilən baxış zamanı iki ədəd patron da aşkar edilərək götürülüb. 

Faktla bağlı araşdırma aparılır.

 

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ