RU
Astaradan Bakıya heroin gətirən şəxs 10 il 6 ay cəza alıb
17:55
560

Astaradan Bakıya heroin gətirən şəxs 10 il 6 ay cəza alıb

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı ş. sakini Əliyar Əhmədovun CM-nin 234.4.3-cü (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri ilə əldə etmə və ya saxlama) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesinin baxışı yekunlaşıb.

7news.az xəbər verir ki, Əliyar Əhmədov Astaradan Bakıya 0,5 kq heroini gətirərkən DİN Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təqdim edilib.

Məhkəmə prosesində təqsirləndirilən şəxs ittiham üzrə özünü qismən təqsirli hesab edib. Dövlət ittihamçısı məhkəmədən onun 11 il 6 ay müddətinə cəzalandırlımasını xahiş edib.

Məhkəmənin hokmü ilə Ə. Əhmədov 10 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ