RU
Ağsu aşırımı bağlandı
11:11
1280

Ağsu aşırımı bağlandı

Aparılacaq qısa müddətli təmir işləri ilə əlaqədar olaraq ötən gün səhər saatlarından etibarən Bakı-Şamaxı-Yevlax avtomobil yolunun “Ağsu aşırımı” hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

“Azəravtoyol” ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, sürücülərdən məhdudlaşdırmanın tətbiqi müddəti ərzində alternativ olaraq Muğanlı-İsmayıllı və Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yollarından istifadə etməkləri tövsiyyə olunur.

“Azəravtoyol” ASC yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir./atv.az

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ