Baxışov Osmanovu yaşadığı evin qarşısında güllələyib.
Ağsu rayonunda törədən qətl hadisəsinin təfərrüatları məlum olub.
Ağsu şəhər sakini, 1977-ci il təvəllüdlü Baxışov Tərlan Əzizbala oğlunun həmyerlisi, 1980-ci il təvəllüdlü Osmanov Rüstəm Şamxal oğlunu pul borcuna görə öldürdüyü açıqlanıb.
Saxlanılaraq istintaqa təhvil verilən, rayonda dindar kimi tanınan, bağçılıqla məşğul olan Hacı Tərlan deyib ki, tanışı Rüstəmi ona olan pul borcuna görə aralarında baş verən dava zamanı qətlə yetirib.
Məlumata görə, R. Osmanov əvvəllər Hacı Tərlanın avtomobili ilə taksi sürücüsü kimi fəaliyyət göstərərək Ağsudan Bakıya sərnişin aparıb. Sonra R. Osmanov özünə avtomobil alaraq fəaliyyətini davam etdirməyə başlayıb. Onların arasında şərik işlətdikləri avtomobilə görə borc pul problemi yaranıb. Telefon danışığı zamanı bir-birlərini təhqir etmələri davaya səbəb olub. T. Baxışov R. Osmanovu yaşadığı evin qarşısında güllələyib. Ağır xəsarətlər alan R. Osmanov hadisə yerində dünyasını dəyişib.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
Faktla bağlı Ağsu rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
16:11
Azərbaycanın Ağsu rayonunda ölümlə nəticələnmiş silahlı insident baş verib.
Bu barədə DİN-dən bildiriblər.
Məlumata görə, oktyabrın 22-də Ağsu şəhərində yaşayan Tərlan Baxşıyev həyətində münaqişə zəminində tüfəngdən açdığı atəşlə həmyerlisi Rüstəm Osmanova xəsarət yetirib və R.Osmanov hadisə yerində ölüb.
Ağsu RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində T.Baxşıyev tutulub.
Saxlanılan şəxsdən hadisəni törədərkən istifadə etdiyi “TOZ-16” markalı tüfəng götürülüb./oxu
7news.az








