RU
Ağsuda dağlıq ərazidə çətənə kolu əkən şəxs saxlanılıb
13:30
81

Ağsuda dağlıq ərazidə çətənə kolu əkən şəxs saxlanılıb

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən 37 yaşlı Sübhan Baxşıyevi saxlayıb.

Saxlanılan şəxsdən dağlıq ərazidə əkilmiş 59 ədəd çətənə kolu aşkar edilib.

Məlumata görə, o, narkotik tərkibli bitkilərə aqrotexniki qaydada xüsusi qulluq göstərdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ