RU
Ağsuda iki yaşlı uşaq ölüb
12:30
29

Ağsuda iki yaşlı uşaq ölüb

Ağsuda 6 gün öncə avtomobil qəzasında xəsarət alan iki yaşlı uşaq ölüb.

Hadisə Ağsu-Kürdəmir-Bəhramtəpə yolunun Ağsu rayonu, Növcü kəndindən keçən hissəsində qeydə alınıb.

Kürdəmir rayon sakini Rəşad İlham oğlu Mustafayev özünə məxsus VAZ-2106 avtomobili ilə 26 iyul tarixində qarşısına iribuynuzlu heyvan çıxdığına görə qəza törədib, nəticədə Rəşad Mustafayevin oğlu 2022-ci il təvəllüdlü Mehrac Mustafayev ağır yaralanıb. İki yaşlı uşaq xəstəxanada həkimlərin göstərdikləri yardımlara baxmayaraq dünən ölüb.

Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ