RU
Ağsuda tanışını qətlə yetirən şəxs yenidən hakim qarşısında
22:30
1015

Ağsuda tanışını qətlə yetirən şəxs yenidən hakim qarşısında

Tanışını bıçaqlayaraq qətlə yetirməkdə təqsirli bilinən Orxan Qaçayev Ali Məhkəməyə müraciət edib.

7NEWS.Az xəbər verir ki, onun şikayətinə hakim İlkin Rəcəbovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, Sabirabad rayon sakini 1992-ci il təvəllüdlü Məmmədkərim Dərgahlının Ağsu rayonu Padarqışlaq kəndi ərazisində öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla zərərçəkmişlərin tanışı, Padarqışlaq kənd sakini 1991-ci il təvəllüdlü Orxan Qaçayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Məmmədkərim Dərgahlıya xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Orxan Qaçayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan olunub.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ